Məktəbdə monitorinqlər keçirilir

Ümumtəhsildə Keyfiyyət ili ilə əlaqədar olaraq tədrisin inkişafına dair məktəbimizdə bir sıra tədbirlər aparılır. Oktyabr-Noyabr ayı ərzində I-IV siniflərdə şagirdlərin bilik səviyyəsinin yoxlanması məqsədilə monitorinqlər təşkil edilir. Siniflərdə yoxlama imla yazdıraraq şagirdlərin yazı bacarıqları yoxlanılmışdır. Bundan əlavə fənn aylıqları çərçivəsində Azərbaycan dilinin tədrisi vəziyyəti yoxlanılmış, dərslər dinlənilmiş, fənn birləşmələrində təlim prosesində əldə olunmuş uğurlar və çatışmamazlıqlar, onların aradan qaldırılması yolları müzakirə edilmişdir.