Uşaq hüquqları aylığı

Azərbaycan Respublikası tərəfindən Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının ratifikasiya edilməsinin 25 ili tamam olması münasibətilə “ Uşaq hüquqları aylığı” çərçivəsində məktəbdə bir sıra maarifləndirmə işləri aparılmışdır. Siniflərdə həm təşkilat saatlarında, həm də dərsdən kənar məşqələlərdə şagirdlərə məlumatlar verilmiş, bir neçə sinifdə tədbirlər keçirilmiş, Uşaq hüquqlarının müdafiəsinə həsr olunmuş rəsmlər, fotostendlər hazırlanmışdır.