Şagirdlər Bülbülün ev müzeyində oldular

        "Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 5 sentyabr 2017-ci il tarixli əmrinə əsasən 21.10.17 ci iltarixində Həsənova Xancanlı Könül rəhbərlik etdiyi 3"A" sinif şagirdləri və valideynləri ilə dahi Azərbaycan musiqiçisi Bülbülün ev muzeyində oldular. Muzeyə ekskursiya zamanı şagirdlər Bülbülün həyat və yaradıcılığını əks etdirən eksponatlarla ətraflı tanış oldular. Muzey əməkdaşı Bülbül haqqında ətraflı izahat verdi. Muzeydə Ümummilli liderimiz Heydər Əliyevin şəkilləri olduqca diqqət çəkirdi, bu kadrlardan məlum olur ki, Ümummilli liderimiz özü də Bülbül sənətinə yüksək qiymət vermişdir. Sonda sinif rəhbəri muzeyin xatirə dəftərinə təəssüratlarını yazdı. Muzey adından müəllimlərə Bülbülün həyat yaradıcılığını əks etdirən kitab hədiyyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi