İbtidai təhsil metodbirləşmə üzvləri ilə görüş
Məlum olduğu kimi 2017-2018-ci tədris ili təhsil nazirinin əmri ilə təhsildə keyfiyyət ili elan edilmişdir. 328 saylı məktəb də keyfiyyətin təmin edilməsi üçün müntəzəm olaraq tədbirlər görür.19 oktyabr 2017-ci il tarixində məktəb rəhbərliyi ibtidai təhsil metodbirləşmə üzvləri ilə görüşmüşdür. Metodbirləşmə sədri Nüşabə Əliyeva çıxış edərək bu tədris ilinin daha da məsuliyyətli olduğundan, müəllimlərin də öz işinə daha məsuliyyətli yanaşmalı olduğundan danışdı. Sonra müzakirələr getdi. Qarşıda duran və cari məsələlərdən söhbət açıldı. Məktəb rəhbərliyi müəllimlərə öz tövsiyələrini vüerdi.