9 siniflərin valideynləri ilə görüş.

18 oktyabr 2017-ci il tarixində məktəb rəhbərliyinin 9-cu sinif valideynləri ilə görüşü keçirilmişdir. Səmimi keçən bu görüşdə müəllimlər və valideynlər 9-cu siniflərin vəziyyəti, çətinliklər və onların aradan qaldırılması üsulları, gələcək perspektivlər haqqında danışmışlar. Məktəbin direktoru Asif Nəbiyev şagirdlərin təlim və tərbiyəsində məktəb-valideyn əlaqələrinin vacibliyindən danışmışdır. Təlim tərbiyə işləri üzrə direktor müavini Məhəmməd Hüseynov keçirilən diaqnostik qiymətləndirmənin nəticələri və təhsilin keyfiyyətinin idarə olunmasından danışdı. Tərbiyə işləri üzrə direktor müavini İlhamə Cəfərova sinifdə şagirdlərin bəzən dəcəllik etməyindən və belə halların yolverilməz olduğundan danışdı. Çıxış edən valideynlər belə görüşlərin vacibliyindən danışdəlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi