Riyaziyyat metodbirləşmə üzvləri ilə görüş

13 oktyabr 2017-ci il tarixində məktəb rəhbərliyinin riyayaziyyat metodbirləşməsinin üzvləri ilə görüşü olmuşdur. Görüşdə metodbirləşmə sədri Səbahət Mahmudova çıxış edərək məktəbdə riyaziyyat tədrisinin vəziyyəti, qarşıda duran vəzifələr haqqında danışdı. Fənn müəllimi Aliyə Dadaşova riyaziyyatdan fakültətiv məşğələdə məntiq tədrisinin mümkünlüyü haqqında müzakirə apardı. Digər müəllimlər də çıxış edərək riyaziyyatın tədrisində müxtəlif üsulların tətbiqindən, kompüter texnologiyalarında istifadə üsullarından danışdılar.