Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcıdır

http://baku.edu.gov.az/az/page/9/2721 http://www.nizami-ih.gov.az/news/361.html
29 sentyabr 2017-ci il tarixində Bakı şəhəri 328 №-li, 78 №-li və Füzuli şəhər 5 №-li məktəblərin müəllim və şagird kollektivi mobillik çərçivəsində və dəstək üçün Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinə qonaq getmişlər. Riyaziyyat, biologiya, ibtidai sinif, xarici dil, musiqi və idman müəllimləri açıq dərslər vermişlər. Maraqla qarşılanan bu dərslər təhlil edilmişdir. Sonda 328 №-li məktəbin şagirdləri musiqi nömrələri ifa etmişlər. Nizami rayon İcra Hakimiyyətinin nümayəndələri İsa Hüseynov və Babək Əliyev bu tədbirdə iştirak etmişlər və Nizami Rayon İcra Hakimiyyəti adından məktəbə hədiyyələr təqdim etmişlər. Səmimi qarşıladıqlarına görə Cocuq Mərcanlı məktəbinin direktoru Zamin Həziyevə təşəkkürümüzü bildiririk. Qərara alınmışdır ki, Cocuq Mərcanlı məktəbinin kollektivi də 328 №-li məktəbə qonaq gəlsinlər.