Məktəbdə “Bilik günü” qeyd olundu
Yeni dərs ilinin başlanması münasibətilə “Bilik günü” bayram tədbiri keçirildi. Tədbirdə Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi Cavid Qafarov və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Teymur Əhmədov iştirak edirdi. Məktəbin direktoru Asif Nəbiyev giriş sözü ilə çıxış edərək qeyd etdi ki, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən 2017-2018-ci dərs ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaqdır. Daha sonra məktəbin kollektivini, şagirdləri , birinci sinfə qədəm qoyan körpələri və onların valideynlərini yeni dərs ili münasibətilə təbrik etdi. Daha sonra sözü qonaqlara verdi. Təhsil idarəsinin nümayəndəsi öz çıxışında məktəbliləri və pedoqoji kollektivi təbrik edərək qeyd etdi ki, bu tədris ili “Keyfiyyət ili” elan olunmuşdur. Buna görə də bu işdə bütün pedoqoji kollektivə uğurlar azrzulayıram. Tədbirdə birinci sinif şagirdərinin ifasında şeir,mahni və rəqs nümayış olundu.