Pedoqoji Şuranın ilk iclası keçirildi
Bu gün 2017-2018 ci tədris ilinin Pedoqoji Şurasının ilk iclası keçirildi. Məktəbin 2016-2017 tədris ilinin yekunu və 2017-2018-ci tədris ilində qarşıda duran məsələlərlə bağlı məktəbin direktoru Asif Nəbiyev çıxış edərək məktəb kollektivini yeni dərs ili münasibətilə təbrik etdi və qeyd etdi ki bu il təhsil sahəsində “Keyfiyyət ili” elan olunması ilə əlaqədar, bizim üzərimizə daha çox məsuliyyət düşür. Keyfiyyətin yüksəldilməsi ilə bağlı hələ keçən ildən başlanmış islahatlar məktəbimizə bir çox uğurlar gətirmişdir. Bunun davamlı olması və daha da artırılması üçün səylə çalışmalıyıq. Daha sonra direktor müavinləri Hüseynov Məhəmməd və Cəfərova İlhamə çıxış edərək yeni dərs ilində görüləcək işlər haqqında danışaraq bir sıra tövsiyyələr verdilər.