“Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusunda yığıncaq

Bildiyimiz kimi Təhsil nazirinin31 avqust 2017-ci il tarixli 264 №-li əmrinə əsasən Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaqdır. Bununla bağlı məktəb pedoqoji kollektivi ilə görüş keçirildi və ilk dərslərin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacağı haqqında söhbətlər aparıldı. Məktəbin tarix müəllimi Şəmsiyyə Axundova məruzə ilə çıxış edərək müəllimlərə Cocuq Mərcanlı kəndinin tarixi və oradakı aparılan abadlıq işlərindən danışdı. Görüşdə həmçinin aprel döyüşləri zamanı ordumuzun qəhrəmanlığından, əsgər və zabitlərimizin şücaətindən də danışıldı. Eləcə də qeyd olundu ki, möhtərəm Prezident İlham Əliyev Cocuq Mərcanlı və başqa sərhəd zonazındakı yaşayış məntəqələrini daim diqqət mərkəzində saxlayır. Bu Qarabağa tarixi qayıdışın başlanğıcıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi