Növbəti pedoqoji şura iclası keçirildi
16 iyun 2017-ci ildə məktəbdə növbəti pedoqoji şura iclası keçirildi. Pedoğoji Şura iclasını məktəbin direktoru Asif Nəbiyev açaraq gündəlikdə duran məslələri sadaladı və hesabtları dinləmək üçün sözü məktəbin direktor müavinlərinə verdi. 2016-2017-ci tədris ilinin yekun hesabatları haqqında məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini M. Hüseynov və tərbiyə işləri üzrə direktor müavini İ.Cəfərova məruzə etdilər. M.Hüseynov proqram materialının yerinə yetirilməsi , sinifdən sinfə keçmə və buraxılış imtahanına buraxılma barəsində ətraflı çıxış etdi. Daha sonra İ. Cəfərova məruzə edərək məktəbdə tərbiyə işinin təşkilində aparılan tədbirlərdən, növbətçilik sisteminin təşkilindən və sinif rəhbərlərinin gördüyü işlərdən danışdı. Hər iki məruzədə gələcəkdə məktəbin və müəllimlərin qarşısında duran vəzifələrdən danışaraq bir neçə tövsiyyələr verildi. Məruzələr və çıxışlardan sonra müzakirələr aparıldı və bu ilin nəticələrinin uğurlu olduğu qeyd edildi. Sonda məktəbin direktoru çıxış edərək növbəti nominasiya olan “Ən yaxşı açıq dərs” -in qalibini elan etdi və qalibə mukafat təqdim edildi. Bu dəfəki qalib məktəbin biologiya müəllimi İsayeva Sevil oldu. Pedaqoji fəaliyyətinə və məktəbin ictimai işlərində fəal iştirak etdiyinə görə bir çox müəllimlər təşəkkürnamə ilə təltif olundu.