Məktəbdə yaradıcılıq gecəsi keçirildi

8 iyunda məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, şairə Elnaz Eyvazın yaradıcılıq gecəsi keçirildi. Bu tədbirdə şairənin dərs dediyi siniflərin şagirdləri, məktəbin müəllim kollektivi və qonaqlar iştirak etdi. Məktəbin direktoru Asif Nəbiyev giriş sözü ilə tədbiri açaraq qonaqları salamladı. Qonaqlardan yazarlar Jalə İsmayıl, Aysel Əlizadə, Günel Xəzəl, 251 nömrəli məktəbin direktoru Aygün Əzizova və məktəbin müəllimləri çıxış edərək Elnaz müəllimin yaradıcılığından söz açdılar, şeirlərindən misralar səsləndirdilər və ona daha böyük uğurlar arzuladılar. Tədbirdə məktəbin şagirdləri və müəllimlər tərəfindən hazırlanmış şeir kompozisiyaları, mahnılar və rəqslər nümayiş olundu. Tədbirin sonunda şairə özü çıxış edərək qeyd etdi ki , artıq bu məktəbdə 5 ildir ki, çalışıram və bu məktəbi özümə ailə bilirəm . Çox xöşbəxtəm ki , mən həm müəllim kimi , həm də şairə kimi fəaliyyət göstərirəm.