328 №-li məktəbin müəllim və şagirdləri Gürcüstan respublikasında səfərdə olmuşlar

https://azertag.az/xeber/1065501

28-29 may tarixlərində 328 №-li məktəbin bir qrup şagirdləri, məktəbin direktoru Nəbiyev Asif, müəllimlər İsayeva Sevil, Muradova Kəmalə, Zeynalova Ürfət, Cabbarova Kifayət, 44 №-li məktəbin müəllimi Əliyeva Sahilə, Salyan rayonu Sarvan kənd orta məktəbinin direktoru Səmədov Müstəcəb, müəllimlər Əsədov Vasif, Sadıqova Lamiyə Boloniya sisteminin mobillik prinsipi çərçivəsində Gürcüstan Respublikasında olmuşlar. Onlar, mayın 28-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət ediblər. Müəllim və şagirdlər Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, xatirə şəkli çəkdiriblər. Məktəblilər və müəllimlər Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovla da görüşüblər. Sonra onlar səfirlə və Milli Məclisin deputatları ilə xatirə şəkli çəkdirmişlər. Bundan sonra müəllim və şagirdlər dahi Azərbaycan yasıçısı və diplomatı M. F. Axundovun ev muzeyində də olmuşlar. Bundan sonra onlar Tbilisi botanika bağına getmişlər. Tədbirin ikinci günü qonaqlar Bolnisi rayonu Kvemo Bolnisi 1 №-li kənd məktəbində olmuşlar. Onlar müəllim və şagirdlərlə görüşmüş, dərslərdə iştirak etmiş, təcrübə mübadiləsi edərək müəllim və şagirdlərin suallarına cavab vermişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi