“TULLANTIDAN SƏNƏTƏ” MÖVZUSUNDA 44 VƏ 328 NÖMRƏLİ MƏKTƏBLƏRİN ŞAGİRDLƏRİ BİRGƏ FƏALİYYƏT GÖSTƏRİBLƏR
Şagirdlərdə ekoloji tərbiyəni formalaşdırmaq, onlarda təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onun sərvətlərindən düzgün istifadə etməyi öyrətmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaq , onlarda ekoloji mədəniyyətin tərbiyə edilməsi məqsədilə “Ekoloji aylıqlar” layihəsi çərcivəsində iyun ayı üçün təqdim olunan “Tullantıdan sənətə” mövzusu istiqamətində 44 və 328 nömrəli məktəblərin şagirdləri birgə fəaliyyət göstərdilər. Əməkdaşlıq şəraitində yığılan tullantılardan şagirdlər müxtəlif dekorativ əl işləri hazırladılar. Iş prosesində texnologiya, rəsm və biologiya müəllimləri də şagirdlərə sahələri üzrə məlumatlar verərək işlərin tərtibatına, hazırlanmasına köməklik etdilər. Hazırlanmış əşyaların iyun ayı ərzində sərgisinin təşkil olunması nəzərdə tutulur.