Salyan rayon Sarvan kənd orta məktəbinin kollektivi qonağımız oldu

http://www.nizami-ih.gov.az/news/328.html

Boloniya sisteminin mobillik fəaliyyətinə əsasən hər hansı bir təhsil müəssisəsinin əməkdaşları və təhsilalanları öz fəaliyyətini müəyyən bir vaxt ərzində başqa bir təhsil müəssisəsində davam etdirirlər. Bu baxımdan əməkdaşlıq, təcrübə mübadiləsi və inteqrasiya məqsədilə mobillik çərcivəsində 12 may 2017-ci ildə Bakı şəhəri Nizami rayonu 328 nömrəli məktəbin bir qrup müəllim, şagird və valideynləri Salyan rayonu İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində oldmuşdular. Sarvan məktəbinin müəllim və şagirdləri tərəfindən 328 nömrəli məktəbin kollektivi yüksək səviyyədə, səmimi qonaqpərvərliklə qarşılanmışdı. Bu maraqlı fəaliyyətin davamı olaraq həmin məktəbin müəllim və şagird kollektivi 24 may 2017-ci il tarixində 328 nömrəli məktəbdə oldular. 12 müəllim və 18 şagirddən ibarət nümayəndə heyəti məktəbin həyətində gül-çiçəklə qarşılandı. Qarşılama mərasimində şagirdlərin hazırladığı rəgs nömrəsi ifa edildi. Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova, Nizami Rayonu İcra Hakimiyyətinin əməkdaşı Bəhmən Hüseynov, Bakı şəhər Təhsil İdarəsinin məsləhətçisi Camal Bağırov , Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva və 251 nömrəli məktəbin direktoru Aygün Əzizova iştirak etdilər. Əvvəlcə Gülnaz İsrafilova çıxış edərək qonaqlara xosgəldin etdi. Sonra hər iki məktəbin direktoru çıxış edərək belə tədbirlərin vacibliyindən danışdılar. Hər iki məktəbin müəllimləri nümunə dərsləri dedilər və dərslərdən sonra müzakirələr aparıldı. Tədris hissəsindən sonra 4-cü b sinfnin rəhbəri Sevinc Cabbarova şagirdlərlə birgə hazırladığı "Yol hərəkət qaydaları" mövzusunda maarifləndirici tədbir nümayiş etdirdi. Daha sonra məktəbin musiqi müəllimi Nailə Heydərovanın rəhbrərlik etdiyi bədii kollektivinin konserti oldu. Sonra qonaqlar Suraxanı rayonu Heydər Əliyev muzeyində oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi