“Ölkələri tanıyaq” adlı tədbir keçirildi

Məktəbdə ibtidai siniflər arasında “Ölkələri tanıyaq” adı altında tədbir keçirildi. Məktəbdə ibtidai siniflərin hər biri bir dövlətin tarixi, mədəniyyəti , geyimləri, mətbəxi, coğrafi mövqeyi haqqında məlumatlar verərərək rəqslər, mahnılar nümayış etdilər. 16 ölkəni – Türkiyə-VIc sinfi, Almaniya- IIb sinfi, Özbəkistan-Iç sinfi , Gürcüstan- IIç sinfi, Braziliya-VI b sinfi, Meksika- Ib sinfi, Estoniya- IIIb sinfi, Fransa IV a sinfi , İsveç-IIIc sinfi, Ukrayna- II a sinfi, İtaliya -IIIç sinfi, BƏƏ - I c sinfi, İspaniya-IIIa sinfi , Yaponiya-IV ç sinfi, Hindistanı-III sinfi - əhatə edən tədbirdə şagirdlər öz siniflərini həmin ölkələri əks etdirən dövlət atributları ilə bəzədilər , dövlətlərin öz dillərində şeirlər ifa etdilər, onlara məxsus səhnələr və xüsusi çıxışlar nümayiş etdilər, II sinif müəllimi Könül Həsənovanın təşəbbüsü ilə irəli sürülən bu ideyanı ibtidai sinif müəllimlərinin hamısı dəstəkləyərək mütəşəkkil şəkildə həyata keçirdilər. Bu tədbir ibtidai sinif şagirdlərində artıq dünya dövlətləri haqqında biliklərin formalaşmasında böyük rol oynadı. Məktəbdə keçirilən bu böyük tədbir bütün valideynlərin, müəllim kollektivinin marağına səbəb oldu. Şagirdlər isə yeni biliklər və bacarıqlar əldə etdilər.