Bu gün məktəbimizin şagirdləri Milli Aviasiya Akademiyasında oldular

Şagirdlərin dünyağörüşünün və elmi biliklərin artırılması məqsədilə məktəbin VI ,VII sinif şagirdləri, sinif rəhbərləri, tərbiyə işləri üzrə direktor müavini və psixolog Milli Aviasiya Akademiyasında ekskursiyada oldular. Akademiyanın muzeyi ilə tanış olan şagirdlər aviasiya tarixi haqqında maraqlı məlumatlar əldə etdilər. Daha sonra onlar Ulu Öndər H. Əliyevin muzeyində oldular. Muzeyin əməkdaşları şagirdlərin maraqlarını nəzərə alaraq onlara tədris otaqlarını da göstərdilər. Helikopterlərin idarəedilməsində ilkin biliklərə yiyələnmək üçün təşkil olunmuş tədris otağında şagirdlər müxtəlif helikopter nümunələrinin maketləri ilə tanış oldular. Akademiyanın muzeyi ilə əməkdaşlığın davam etdirilməsi ilə bağlı tərəflər arasında müqavilə imzalandı. Akademiyanın əməkdaşlarına öz təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi