328 saylı məktəbin müəllim və şagirdləri Salyan rayonu Sarvan kənd məktəbində

Azərbaycan Respublikasının 2005-ci ildən tərəfdaşı olduğu Boloniya sisteminin prinsiplərindən biri də mobillikdir. Bu prinsipə görə hər hansı bir təhsil müəssisəsinin əməkdaşları və təhsilalanları öz fəaliyyətini müəyyən bir vaxt ərzində başqa birtəhsil müəssisəsində davam etdirirlər. 12 may 2017-ci ildə Bakı şəhəri Nizami rayonu 328 №-li məktəbin bir qrup müəllim, şagird və valideynləri mobillik çərçivəsində əməkdaşlıq, təcrübə mübadiləsi və inteqrasiya məqsədilə Salyan rayonu İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində olmuşlar. 328 №-li məktəbdən 16 nəfər 1-ci sinif şagirdi, 11 nəfər valideyn, 8 nəfər yuxarı sinif şagirdi, müəllimlər və məktəb direktoru Nəbiyev Asif bu tədbirdə iştirak etdilər. Sarvan məktəbinin müəllim və şagirdləri qonaqları gül-çiçəklə qarşıladılar. Sarvan Rayon Təhsil şöbəsinin müdiri Piriyev Xudaverdi, məktəb direktoru Səmədov Müstəcəb, Sarvan kənd ərazisi üzrə icra nümayəndəsi İsmayılov Təbriz, məktəb-valideyn assosiasiyasının sədri Qaraşov Cahangir qonaqları səmimi salamlayaraq onları məktəbə dəvət etdilər. 328 №-li məktəbin direktoru Nəbiyev Asif belə səmimi qəbul üçün təşəkkürünü bildirdi. Şagirdlər əvvəlcə “Şəhid məzunlar” guşəsinə çiçək dəstələri qoydular. 328 №-li məktəbin şagirdləri uyğun siniflərə yerləşdirildi və onlar bir günlük təhsilini Sarvan kənd məktəbində davam etdirdilər. Hər iki məktəbin müəllimləri nümunə dərsləri verdilər. Nüşabə Əliyeva, Könül Həsənova, Sevil İsayeva, Kəmalə Muradova, Mehriban Muradova, Nadir Həsənov, Asif Əliyev, Lalə Əliyeva, Ruhəngiz Əzizova, Seymur Əliyev və Nazənin İsmayılovanın dərsləri çox maraqlı keçdi.Tədbirin sonundamüzakirələr oldu. 328№-li-li məktəbin direktoru Nəbiyev Asif və Sarvan məktəbinin direktoru Səmədov Müstəcəb bu tədbirin əhəmiyyətindən danışdılar. Onlar tədbirə dəstək verən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya, Salyan Rayon İcra Hakimiyyətinin Başçısı cənab Sevindik Hətəmova, Salyan rayon Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyevə təşəkkürlərini bildirdilər. Qərara alındı ki, bu il mayın 24-də Sarvan tam orta məktəbinin müəllim və şagirdləri 328 №-li məktəbə qonaq gəlsinlər. 328 №-li məktəbin müəllim və şagirdləri qayıdarkən Şirvan dövlət qoruğuna ekskursiya etdilər.