Növbəti açıq dərs

VII "C" sinfində riyaziyyatdan “Düzbucaqlı üçbucaq” mövzusunda açıq dərs oldu. Ulu öndər H.Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş dərsi fənn müəllimi Muradova Kəmalə keçdi. Dərsdə müasir texnologiya vasitələrindən istifadə olundu. Qruplarla iş üsulundan istifadə edərək keçirilən dərs çox maraqlı oldu. Şagirdlərin fəallığı onların riyaziyyat fənninə maraqlarının göstəricisi idi. Məktəbin fənn birləşməsinin üzvləri və məktəbin rəhbərliyi açıq dərsdə iştirak etdilər. Sonda müzakirələr zamanı müəllimlər Kəmalə Muradovanın dərsini yüksək qiymətləndirdilər. Dərs sonunda məktəbin direktoru çıxış edərək qeyd etdi ki, bu dərslər həm müəllimə, həm də şagirlərə müsbət təsir edir.