Ümummilli lider H.Əliyevin anadan olmasının 94-cü ildönümü

Ümummilli lider H.Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı məktdəbdə bir sıra tədbirlər keçirildi. Məktəbin şagird və müəllimləri Ulu Öndərin həyatını əks etdirən xüsusi təqdimatlar nümayiş etdirdilər. Məktəbin riyaziyyat müəllimi Səbahət Mahmudovanın hazırladığı təqdimat məktəb üzrə ən yaxşı təqdimat kmi qiymətləndirildi. Bu xüsusi gündə 2016-2017-ci tədris ili üzrə şagirdlərin məktəbdəki və məktəbdənkənar nailiyyətləri qiymətləndirilərək xüsusi fərqlənənlərə diplomlar təqdim olundu. Yığıncaqda tərbiyə işləri üzrə direktor müavini çıxış edərək qeyd etdi ki, məktəbdənkənar fəaliyyətlər həmişə şagirdlərin yaradıcı qabiliyyətlərinin artırılmasında xüsusi rol ounayır. Sonda məktəbin direktoru şagirdləri təbrik etdi.