Gəlin bir ağac əkək

Bu gün məktəbimizdə bitkilərin insan həyatında rolu, ətraf mühitin qorunması və ekoloji savadlılığın artırılması məqsədilə ilə I sinif müəllimi Şəhla Əliyevanın təşəbbüsü ilə "Gəlin bir ağac əkək" adı altında layihəyə start verildi. İlk əvvəl sinif müəllimi açıq dərs keçdi, sonra şagirdlər bir-bir çıxış edərək həvəslə şeir və ürək sözlərini dedilər. Daha sonra məktəbin rəhbərliyi ilə birgə həyətdə ağaclar əkildi. Bu layihədə şagirdlər ağacların ətrafımızda nə qədər çox olarsa, bir o qədər həm insanlar, həm də bütün canlılar üçün saglam həyatın təminatı olduğunu öyrəndilər. Şagirdlərin belə fəaliyyətləri balaca yaşlarından təbiətə diqqət, qayğı və eyni zamanda mərhəmət hisslərinin artırılmasına səbəb olur. Bu tədbirdə məktəbin müəllimləri və valideynlər də iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi