II a sinfində Azərbaycan dili fənnindən "Açıq dərs"
Növbəti "Açıq dərs" Konul Həsənovanın sinif müəllimi olduğu II sinifdə Azərbaycan dili fənnindən “Göyərçin” mövzusu idi. Müəllim dərsi Zeynəb Xanlarovanın “Sülhə gəlin” mahnısı ilə açdı. Bu motivasiya bütün dərs boyu tədqiqat suallarının və tapşırıqların yerinə yetirilməsində şagirdlərin faəliyyətlərinə müsbət təsir etdi. Şagirdlər qoyulmüş standartlara nail oldular . Sonda sinif müəllimi şagirdlərlə birgə Aərbaycanda və dünyada sülh olması diləkləri ilə sülh rəmzi olan göyərçini havaya uçurdular. Dərsdə iştirak edən məktəb rəhbərlyi və müəllim kollektivi müzakirələr zamanı dərsi çox bəyəndiklərini qeyd etdilər.