Növbəti açıq dərs Biologiya fənnindən oldu

26 aprel tarixində məktəbdə açıq dərslər silsiləsindən növbəti dərs keçirildi. Məktəbin Bioloiya müəllimi Sevil İsayevanın “Görmə orqanlarımız” adlı mövzusunda keçirilən dərsində məktəb rəhbərliyi və müəllim kollektivi iştirak edirdi. Qrup işi ilə keçən dərsdə kabinetdəki bütün resurslardan səmərəli istifadə olundu, əyanı vəsait kimi heyvan ğözü istifadə edilərək üzərində təcrübə -əməliyyat aparıldı. Şagirdlər gözün daxili və xarici quruluşu ilə tanış oldular və əməliyyat zamanı gözdəki optik hissə olan bülluru əldə etdilər. Dərsdə şagirdlərin aktivliyi və fənnə olan maraqları bu fənnin tədrisininin yüksək səviyyədə olduğunun göstəricisi idi. Müzakirə zamanı bütün müəllimlər dərsin uğurlu olduğunu vurğuladılar . Məktəb rəhbərliyi dərsi yüksək qiymətləndirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi