Şagirdlər ekskursiyada oldular

23 aprel 2017-ci il tarixində şagirdlərin dünyagörüşlərinin artırılması məqsədilə məktəbin VI a sinfi sinif rəhbəri Nailə Heydərovanın rəhbərliyi ilə şəhərin tarixi yerlərində ekskursiyada oldular. Milli Akademik Milli Dram teatrında C. Məmmədquluzadənin “Anamın kitabı” əsərinə tamaşa etdikdən sonra şagirdlər İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş açıq hava konsertinə baxdılar. Sonra Zivərbəy Əhmədbəyovun abidəsini ziyarət edib, onun haqqında bildikləri məlumatları bir biri ilə bölüşdülər. Daha sonra Bakının ən qədim, tarıxı ərazisi olan İçəri şəhəri gəzdilər