7"B" sinfində "Açıq dərs" keçirildi
Məktəbdə "Açıq dərs"lər davam edir. 19 aprel tarixində VII "B" sinfində riyaziyyat fənnindən Səbahət Mahmudovanın "İkidəyişənli xətti tənliklər sisteminin əvəzetmə üsulu ilə həlli" mövzusunda dərsi oldu. Dərsdə müəllimin yeni fəal təlimin metodlarından səmərəli istifadəsi, şagirdlərin fəallığına və mövzunun tam mənimsənilməsinə şərait yaratdı. Dərs maraqlı qrup işi ,fərdi tapşırıqlarla və müxtəlif müzakirəli suallarla keçdi. Məktəbin rəhbərliyi və bir neçə müəllim dərsdə iştirak edərək sonda öz rəylərini və təkliflərini bildirdilər.