" Təmiz Dünya - Sağlam Gələcək "

09 iyun, 2015-ci il tarixdə 328 №-li tam orta məktəbdə “ Ətraf Mühitin Mühafizəsi Günü ” münasibəti ilə “ Təmiz Dünya – Sağlam Gələcək ” adlı sərgi keçirilmişdir. Ölkəmizdə yürüdülən ekoloji siyasətin məqsədi indiki və gələcək nəsillərin ehtiyyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin və təbii ehtiyyaclardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Dövlətin həyata keçirdiyi bu siyasətə dəstək verməklə, ekologiyamızın qorunmasına xüsusi həssaslıq göstərərək şagirdlərin ekoloji tərbiyəsinə diqqət yetirməliyik. Məktəb yaşlarında uşaq və yeniyetmələrin ekoloji təfəkkürünü artırmaq, onların ətraf mühitə münasibətdə xususi nümunə göstərilməsini təmin etmək məqsədilə 2014 may ayından başlayan “ Təmiz Dünya – Sağlam Gələcək ” adlı layihəyə start verilmişdir. Kompaniya çərçivəsində böyüyən nəsildə ekoloji şüurun formalaşmasını, uşaq və gənclərin doğma təbiətə, ətraf mühitə məhəbbət və qayğılı münasibətini, onun korlanmasına qarşı barışmazlıq hislərini aşılamağı, təbiəti mühafizə üzrə zəruri bacarıq və vərdişləri formalaşdırmaq məqsədilə məktəbdə bir sıra tədbirlər keçirilir, şagirdlərlə maarifləndirici dərslər, “ Təmiz Şəhərə ” gəzinti və evdə olan istifadəyə yararsız eyni növdə tullantı məhsullarının xususi qutularda yığılmasına başlanmışdır. “ Şagird – valideyn- müəllim ” qrupları yaradılaraq həmin tullantı məhsullarına “ ikinci həyat ” verilməsi üçün işə başlanmışdır. Bu kompaniyanın nəticəsi olaraq:- şagirdlərin asudə vaxtlarını səmərəli istifadə edir, pis vərdişlərdən uzaq olur.- şagirdlərin yaradıcı qabiliyyətləri üzə çıxır.- əşyalardan səmərəli istifadə edərək onlara “ ikinci həyat ” verir- ən mühümü- təbiəti tullantılardan xilas edir. Şagirdlər müxtəlif ölçüdə, müxtəlif əşyalardan – sap qırıntıları, plastik butulkalar və qablar, yumurta qabıqları, yararsız avtomobil şinləri, kağız- jurnallar və s əl işləri düzəltmişlər. “ Təmiz Dünya – Sağlam Gələcək ” adlı sərgini keçirməkdə məqsəd şagirdlər arasında ekoloji mədəniyyətin təbliği, ətraf mühitə daha diqqətli və qayğıkeş münasibətin formalaşdırılması, eyni zamanda ekoloji problemlərin həllinə yönələn fəaliyyətə şagirdlərin cəlb olunmasıdır. Məktəb kollektivi olaraq ümid edirik ki, bu sərgi şagirdlər arasında böyük maraq doğuraraq gələcəkdə daha geniş miqyas alacaq. Ətraf mühitin ekoloji baxımdan təmiz olması , şagirdlərin həm fiziki, həm də sağlam böyüməsində rolu əvəzsizdir. Sərgidə Nizami rayon İH-nin icra başçısının müavini Gülnaz İsrafilova, Nizami rayon məktəblərinin direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi