"Texnika və Təbiət əlaqəsi" haqqında təlim keçirilmişdir
Şagirdlərin dünyagörüşünü artırılması və müasir elmin inkişafı ilə bağlı yeni məlumatların uşaqlara çatdırılması məqsədilə məktəbimizdə bu gün təlim təşkil olunmuşdur. Təlim texnika və təbiətin əlaqəsindən bəhs edirdi.Təlimçi Toğrul İbrahimli şagirdlərə məlumatları video slaydlar və əyani vəsaitlər vasitəsilə göstərmişdir. Verilən məlumatlarda şagirdləri təəccübləndirəcək texnologiyalar və onların təbiətlə əlaqəsini nümayiş etdirmişlər. Keçirilən təlimin şagirdlərin gələcəkdəki dərslərində və dünyagörüşlərində böyük rol oynayacağına inanırıq.