Müəllimlərimiz ADPU –da oldular.

Aprelin 6-da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Eyvazlı Elnaz, Əhmədova Aynur, igilis dili müəllimləri Muradova Mehriban, Ramazanova Ülviyyə, Namazova Xəyalə ADPU-nun Azərbaycan dili və ədəbiyyat fakültəsinin dekanı Buludxan Xəlilovla görüşüblər. Görüşün məqsədi Pedoqoji Unversitetlə məktəb arasında qarşılıqlı əməkdaşlıq yaratmaq və bunu inkişaf etdirməkdir. Görüş zamanı müəllimlər ayrı-ayrı kafedralar və kafedra rəhbərləri ilə tanış olub, əməkdaşlıq çərçivəsində görüləcək işləri müzakirə etdilər. Sonda professor Buludxan Xəlilov görüşdən məmnun olduğunu və bu əməkdaşlığın gələcəkdə həm məktəb, həm də unversitet üçün uğurlu və faydalı olacağını qeyd edərək, müəllimlərə səmimi təşəkkürünü bildirdi.