İbtidai sinif müəllimləri dəyirmi masada görüşdü

6 aprel 2017-ci il tarixdə “Müasir ibtidai təhsil-problemlər və prespektivlər” mövzusunda dəyirmi masa keçirildi. İbtidai sinif müəllimləri, məktəbin direktoru, müavinlər və psixolog dəyirmi masanın iştirakçısı oldular. İki dəfə “İlin müəllimi” müsabiqəsinin qalibi, Respublikanın əməkdar müəllimi, 164 nömrəli məktəbin ibtidai sinif müəllimi Afət Allahverdiyeva dəyirmi masanın qonağı olmuşdur. Müzakirələrdə müasir ibtidai təhsilin qarşısında duran vəzifələr, çətinliklər və prespektivlər haqqında danışıldı. Məktəbin ibtidai siniflər üzrə fənn birləşməsinin sədri Əliyeva Nüşabə məktəbdə aparılan təhsil islahatları, tədrisin təşkili və bir sıra yeniliklərlə ğonağı tanış etdi. Müəllimlər fikir mübadiləsi edərək bir çox səmərəli təkliflər irəli sürdülər. Qərara alındı ki, belə müzakirələr müntəzəm olsun.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi