Pedoqoji şuranın növbəti iclası keçirildi

Aprelin 4 –də məktəb pedoqoji şurasının iclası oldu. Gündəlik məsələlər məktəbdə təhsilin keyfiyyətinin yüksəldiləməsi , tərbiyə işinin təşkili vəziyyəti və cari məsələlər idi. Birinci məsələ ilə bağlı məktəbin təli-tərbiyə işləri üzrə direktor müavini Məhəmməd Hüseynov çıxış edərək ibtidai siniflər arasında keçirilmiş son monitorinqin nəticələrini elan etdi. Ikinci məsələ üzrə məktəbin tərbiyə işləri üzrə direktor müavini İlhamə Cəfərova məktəbdə tərbiyə işinin təşkili vəziyəti və keçirilən tədbirlər haqqında hesabat verdi. Daha sonra məktəbin direktoru Asif Nəbiyev çıxış edərək yeni təlim üsullarının və İKT-nin rolundan danışaraq bu sahəyə diqqətin artırılmasının vacibliyini qeyd etdi. Sonda il ərzində məktəbin tərbiyə işində yüksək səviyyədə fəaliyyət göstərən sinif rəhbərləri Heydərova Nailə, Əliyeva Şəhla, Əliyeva Laləyə və tərbiyə işləri üzrə direktor müavini Cəfərova İlhaməyə tərifnamələr təqdim olundu. “ İKT-dən səmərəli istifadəçi müəllim” nominasiyasının qalibi II sinif müəllimi Həsənova Xəncanlı Könül elan olundu və mükafat təqdim olundu. Şura iclasında növbəti ay üzrə “Ən maraqlı açıq dərs” nominasiyası elan olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi