Şagirdlər Bakı Dövlət Sosial İqtisad Kollecində ekskursiyada olublar
Bu gün şagirdlərimiz məktəbin fəaliyyət planına uyğun olaraq gələcək təhsil seçimlərini istiqamətləndirmək məqsədilə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Bakı Dövlət Sosial-Iqtisadi kollecində oldular. Məktəbimizin tərbiyə işləri üzrə direktor müavini İlhamə Cəfərova və psixoloqu İlahə Rüstəmovanın rəhbərliyi ilə şagirdlər kollecin müəllim və şagird kollektivi ilə görüş keçirdi. Görüş maraqlı və canlı keçdi. Kollecin əməkdaşları şagirdləri maraqlandıran suallara cavab verdilər. Kollecin mühasibi Turab müəllim qeyd etdi ki, fakültələr üzrə verilən ixtisaslar hər bir müəssisədə tələb olunduğundan məktəbi bitirən məzunlar işlə təmin olunmaqda cətinlik çəkmirlər. Şagirdlərimiz daha sonra kollecin kabinetləri, kitabxanası və idman zalı ilə tanış oldular. Kollecin direktoru Vidadi Orucova bizə ayırdığı diqqətə görə təşəkkür edirik.