YARADICI TƏQDİMAT

STEAM dərsləri düşündüklərini həyata keçirə biləcək, yaradıcı, bacarıqlı şagirdlər yetişdirmək məqsədi daşıyır. Bu tədris metodunda şagirdlər riyaziyyat və təbiət fənlərində öyrəndikləri bilikləri layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, qrup şəkilində işləmək bacarıqlarını, məntiqi təfəkkürlərini inkişaf etdirirlər.
Bu gün məktəbdə STEAM sərgisi təşkil olundu. Sərgidə şagirdlər bu dərslərdə hazırladıqları işləri təqdim etdilər. Müxtəlif siniflər üzrə keçdikləri mövzulara aid fəaliyyətlərini və bacarıqlarını nümayiş etdilər.