4 № li peşə liseyinə ekskursiya təşkil olunmuşdur

Bu gun 2016-2017-ci tədris ili üzrə fəaliyyət planınının 1.4.9 bəndinə uyğun olaraq, şagirdlərin peşə seçimində doğru istiqamətləndirilməsi məqsədilə IX sinif şagirdləri məktəbin tərbiyə işləri üzrə direktor müavini İlhamə Cəfərova və psixoloq İlahə Rüstəmovanın rəhbərliyi ilə 4 № lii peşə liseyində oldular. Liseyin direktor müavini Səidə Rzayeva şagirdləri yüksək səviyyədə qarşılayaraq onlara məktəb haqqında geniş məlumat verdi. O qeyd etdi ki, son zamanlar dövlətimiz peşə məktəblərinə xüsusi diqqət ayırır. Bu baxımdan da artıq gələn tədris ilindən liseydə yeni fakültələr fəaliyyətə başlayacaq və liseyin adı Texniki Texnologiya Mərkəzi adlandırılacaq. S. Rzayeva daha sonra şagirdləri tədris otaqları, emalatxanalar, kompyuter otaqları və kitabxana ilə tanış etdi. Müavin onu da qeyd etdi ki, məktəb məhşur istehsal şirkətləri ilə əməkdaşlıq edir. O cümlədən "Knauf" şirkətinin nümayəndələri məktəbdə şagirdlərə məhsulların hazırlanma qaydalarını dərindən izah edir və emalatxanalarda praktik olaraq peşə məktəbinin əməkdaşları və eləcə də şagirdlərlə birlikdə şirkətin məhsullarını istehsal edirlər. Peşə məktəbində yaradılmış yüksək səviyyəli şərait bizim şagirdlərin marağına səbəb oldu. Şagirdlər onları maraqlandıran sahələr üzrə Səidə xanıma suallar verdilər. Muzakirə zamanı şagirdlərin peşə seçimində doğru qərarlar vermələrinə kömək məqsədilə onların valideyinlərinin də belə görüşlərdə iştirakını təmin etmək qərara alındı. liseyin rəhbərıiyinə, xüsusilə, Səidə xanıma göstərdikləri diqqətə görə təşəkkür edirik.