"Bilim Bakı" nın qonaqları

Fevralın 13-də 328 nömrəli məktəbin 1b ( sinif rəhbəri Əliyeva Şəhla) və 5b (sinif rəhbəri Elnaz Eyvazlı) sinif şagirdləri "Bilim Bakı"da olublar. Birinci sinif şagirdləri Astronomiya laboratoriyasında maraqlı vaxt keçirib.
5-ci sinif şagirdləri isə "Deneyap" laboratoriyasında "LEGO SPIKE" robot dəstlərinin məsafə sensorunun işləmə prinsipi ilə tanış oldular. Öz unikal robotlarını quraraq maraqlı təcrübələr keçirdilər və sensorun real tətbiqlərini sınadılar. Bu dərslər uşaqlarda həm yaradıcılığı, həm də məntiqi düşünmə bacarıqlarını inkişaf etdirir.