Narkomaniya və erkən nigaha "yox" deyirik !

Fevralın 13-də Nizami Rayon Polis İdarəsinin təşkilatçılığı məktəbimizin yuxarı sinif şagirdlərinin iştirakı ilə narkomaniya və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Ruslan Ağamalıyev, Nizami Rayonu 23-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Xəyal Şükürov, Nizami Rayonu İcra Hakimiyyətinin məsul şəxsi Eldəniz Zeynalov, Nizami Rayonu Polis Veteranlar Şurasının sədri Nazim Knyazov, Nizami Rayonu Polis Veteranları Şurasının sədr müavini Firdovsi Bayramov, Nizami Rayonu Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin inspektoru polis baş leytenantı Qadir Hüseynov, Nizami Rayonu Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin  polis leytenantı Nuranə Fətəliyeva, Nizami Rayonu Polis İdarəsinin 23-cü polis bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru polis mayoru Könül Quliyeva, "Şəfəq" reabilitasiya mərkəzinin əməkdaşları iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi