Novruz Şənlikləri davam edir

Novruz şənlikləri hər bir ailədə qeyd olunduğu kimi məktəbimizin hər sinfində də qeyd olunur. Bu gün IV ç və VII a sinflərində də bu bayram siniflərin özünəməxsus təqdimatında keçirildi. Siniflərdə şagirdlər tarixdən gələn adət ənənələrlə zəngin olan bayramlarını, mədəniyyət və incəsənətimizin əvəzolunmaz nümunələrini bir-bir nümayiş etdilər. Sinif rəhbərləri Səbahət Mahmudova və Ülviyyə Hüseynova öz şagirdlərinin bilik və bacarıqlarının artırılmasında, sinifdə tərbiyə işinin təşkilində yüksək səviyyədə işlər aparırlar. Bundan əlavə ümumi məktəb üzrə müxtəlif müsabiqələr təşkil olundu. Bunlardan ən maraqlısı Novruz atributlarından biri olan "Xonça" müsabiqəsi oldu. Müsabiqəyə hər bir sinif öz əl işləri ilə hazırlanmış xonçaları təqdim etdilər. Müsabiqədə birinci yerə Vç sinfinin xonçası layiq görüldü. Fərqlənmiş bir neçə xonça rayon üzrə keçirilən "Novruz" şənliyində sərgidə nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi