Məktəbdə açıq dərs keçirildi

Məktəbdə tədrisin səviyyəsinin yüksəldilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. İstər ayrı-ayrı fənnlərdə nümunəvi dərslərinin keçirilməsi, istərsə də müəllimlərin peşəkarlıq səviyyəsinin daha da artırılması istiqamətində müvafiq işlər görülür. Bu baxımdan martın 16-da V a sinfində riyaziyyat fənnindən açıq dərs keçirildi. Fənn müəllimi A. Mircəfərova "Faiz, onluq kəsr, adi kəsr" mövzusunda keçirilən dərsində məktəbin direktoru, müavinlər və müəllimlər iştirak edirdi. Dərsin sonunda müzakirə zamanı ümumilikdə dərs qənaətbəxş hesab edildi və bəzi tövsiyyələr verildi.