Novruz şənlikləri davam edir

Xalqımızın əziz bayramlarından olan Novruz hər bir sinifdə böyük həvəslə qeyd olunur. Bu gün də məktəbin IV b və IV ç siniflərində şagirdlər şənliklər hazırlayıb müxtəlif rəqslər, şeir və mahnılar söylədilər. Sinif otaqlarının milli adət ənənəyə uyğun dekorasiyası, xonça hazırlıqları, səmənilər, kosa və keçəl, pəhləvanların güc nümayişləri, sazlı-sözlü nəğmələr tədbirə ayrıca rəng qatdı. Sinif müəllimləri Sevinc Cabbarova və İlhamə Əliyeva öz şagirdlərinə Novruz bayramının bu torpaqda tarix boyu necə təntənə ilə qeyd olunmasından, Dədə Qorqud dastanından, Oğuz elindən, o zamanın Novruz şənliklərindən danışdılar. Tədbirlərdə məktəbin direktoru və müavinləri də iştirak etdi.