"Novruz bayramı" mövzusunda açıq dərs keçirildi.

14 mart tarixində məktəbin 1a sinfində açıq dərs keçirildi. Oxu dərsinin mövzusu "Novruz bayramı" idi. Sinif müəllimi Nüşabə Əliyeva sinifdə milli adət-ənənlərimizi əks etdirən dekorasiya təşkil etdi, sinif otağı bayram bəzəkləri ilə bəzədildi. Şagirdlərin hər biri milli geyimdə qruplara bölünüb xalqımızın gözəl adətlərinin, yazın gəlişi ilə təbiətin oyanışı zamanı gedən dəyişikliklərin, baharın, Novruzun insanların əhval ruhiyyəsinə təsiri, hər bir ailənin Novruzu qarşılamaq hazırlıqlarının təqdimatını etdilər. Təqdimat zamanı şagirdlərin bacarıqları yüksək səviyyədə nümayiş olunmuşdur. Kosa və Keçəlin səhnəciyi dərsə xüsusi rəngarənglik verdi. Dərsdə məktəbin direktoru, təlim tərbiyə işləri üzrə direktor müavini və məktəbin sinif müəllimləri iştirak etdilər. Müzakirə zamanı Nüşabə Əliyevaya dərsi yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkür elan olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi