Şagirdlərimiz Heydər Əliyev Mərkəzində ekskursiyada iştirak etdilər

Bu gün məktəbin şagirdləri “Heydər Əliyev Mərkəzi”nə ekskursiyada oldular. Mərkəzdəki “Heydər Əliyev” və “Azərbaycan inciləri” müzeyini ziyarət etdilər. Şagirdlər Azərbaycan milli müsiqi alətləri, keçmişdə qadınların istifadə etdiyi zinət əşyaları , Qobustandan gətirilmiş qaya rəsm nümunələri, qədimi xalçalar, Azərbaycan xəritəsinin müasir incəsənət metodu ilə hazırlanmış modeli ilə tanış oldular. Ümumilikdə ekskursiyada Ümummili liderin həyatı və xidmətləri şagirdlərdə böyük marağa səbəb olmuşdur.