Tarixi ekskursiya
Məktəbimizin müəllimləri Səbahət Mahmudova, Sevil İsayeva və Nigar Asməndin rəhbərliyi ilə 7b, 8ç və 8b siniflərinin birgə iştirakı ilə şagirdlər tarixi maraqlarını artırmaq məqsədilə İçərişəhər Dövlət tarix-memarlıq qoruğunda oldular. Şagirdlər qoruğun tərkibinə daxil olan "Qız qalası" və "Şirvanşahlar sarayı" memarlıq komplekslərinə də daxil olaraq orda mühafizə olunan eksponatlarla yaxından tanış oldu və abidələrin tarixi haqqında ətraflı məlumat aldılar. Gün şagirdlərin yaddaşında xoş təəssürat yaratdı.