ANIM GÜNÜ ILƏ BAĞLI TƏDBIR KEÇIRILDI

Bu gün məktəbimizdə 27 sentyabr Anım günü ilə bağlı bir sıra tədbirlər keçirildi. Məktəb həyətində Vətən müharibəsi barədə məlumat verildikdən sonra şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 Anım günü ilə əlaqədar siniflərdə tədbirlər, dəyirmi masa, təqdimatlar, mühazirələr təşkil edildi. Tarix dərslərində müəllimlər Asmən Nigar, Şəmsiyyə Mənsimova şəhid və qazilərin gəhrəmanlıqlarından bəhs edən şeirlər, məlumatlar, video təqdimatlar nümayiş etdirdilər, rəsm dərslərində Lalə Mehdiyevanın rəhbərliyi ilə çəkilən rəsmlərin sərgisi təşkil olundu. Müəllim və şagirdlər Vətən tarixində qızıl hərflərlə yazılan bu günü, 30 illik həsrətin bitməsinin başlanğıcını böyük ehtiramla yad  etdilər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi