1 Mart - Ümumdünya Mülki Müdafiə Günü

“1 Mart - Ümumdünya Mülki Müdafiə Günü” ilə əlaqədar məktəbdə tədbir keçirildi. Şagirdlərdə vətənpərvərlik hissinin yüksəldilməsi məqsədilə tədbirdə dəvətimizi gəbul edərək daxili qoşunların N saylı hərbi hissəsinin türk müşaviri polkovnik Dursun Çivçi, hərbi hissənin mayoru Soltanov Elnur və leytenant Nəzirov Nail iştirak etdi. Məktəbin Mülki Müdafiə qərargahının rəisi- təlim tərbiyə işləri üzrə direktor müavini Məhəmməd Hüseynov tədbiri açaraq Ümumdünya mülki müdafiə təşkilıatının yaranmasından danışdı. Sonra söz qonaqlara verildi. Hərbi hissənin leytenantı Nəzirov Nail şagirdlərə qaz təhlükəsi zamanı və zəhərlənmə zonasında əleyqazlardan istifadənin qaydalarını geniş izah etdi. Daha sonra isə mayor Soltanov Elnur çıxış edərək qeyd etdi ki, bu gün bizim, bir həftə ərzində torpaqlarımızı azad edib Ermənistana qədər gedib çıxa biləcək qüdrətli ordumuz var. Ali baş komandanın əmri ilə hər an döyüşə getməyə hazır dayanmışıq. Şagirdlər Azərbaycan ordusunun zabitlərini ürəkdən alqışladılar. Sonda məktəbin direktoru Nəbiyev Asif qonaglara təşəkkürünü bidirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi