Mədəniyyət və incəsənət ayliğı çərçivəsində aktyorlar məktəbimizin qonağı olublar

http://kulis.lent.az/news/17367

Ekoloji aylıqlar çərçivəsində, Mədəniyyət və İncəsənət aylığı ilə bağlı bu gün məktəbimizdə tədbir keçirilib. Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktyorları - Xalq artisti Nürəddin Mehdixanlı və aktyor Anar Heybətov şagirdlərlə görüşə gəliblər. Tədbirdə məktəbin 1-ci yarımil üzrə "İlin Müəllimi" adına layiq görülmüş musiqi müəllimi Nailə Heydərovanın rəhbərliyi ilə hazırlanmış səhnəciklər, musiqi nömrələri nümayiş etdirildi. Şagirdlər Ü. Hacıbəylinin "Arşın mal alan" operettasından Vəli və Tellinin, Süleyman Ələsgərovun "Ulduz" kinofilmindən isə Məhəmməd və Züleyxa duetlərini ifa etdilər. C.Məmmədquluzadənin "Ölülər" əsərinin son səhnəsini, İsgəndərin monoloqunu isə VII a sinfinin şagirdi Cümşüdov Səid nümayiş etdirdilər. Daha sonra VI sinif şagirdi Fateh Şıxəliyevin ifa etdiyi tar sədaları altında bədii qiraət müsabiqəsinin qalibi Büllurə Zamanova M. Müşfiqin "Oxu tar" şeirini söylədi. Daha sonra məktəbin balaca qonağı olan, 70№li məktəbin şagirdi,Tofiq Quliyev adına musiqi məktəbinin vokal və fortepiano siniflərində təhsil alan Eyvazlı Yeganə "O sole mio " mahnısını ifa etdi. Tədbir məktəblilərin aktyorlara ünvanladığı suallarla davam etdi. Tədbirin təşkilatçısı məktəbin ədəbiyyat müəllimi , şairə Elnaz Eyvaz dəvətlərini qəbul etdikləri üçün qonaqlara təşəkkürünü bildirdi. O qeyd etdi ki, bu görüş şagirdlərin dünyagörüşündə, teatra, sənətə münasibətində önəmli yeri olacaq. Sonda məktəbin direktoru Asif Nəbiyev çıxış edərək həm qonaqlara, həm də tədbiri hazırlayan müəllimlərə və şagirdlərə təşəkkürünü bildirdi. Məktəblilər qonaqlarla şəkillər çəkdirib, onları sürəkli alqışlarla yola saldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi