Dərnəyinin üzvləri Mədəniyyət və İncəsənət Universitetində qonaq olublar.

Məktəbimizin musiqi müəllimi Nailə Heydərova "Uşaq xoru"dərnəyinin üzvləri ilə birlikdə Mədəniyyət və İncəsənət Universitetində qonaq olublar. Onları "Musiqi sənəti"fakültəsinin dekanı İradə Xəlilova qarşılayıb və bir neçə dərsdə iştrak etmələrinə şərait yaradıb. Uşaqlar Əməkdar Mədəniyyət işçisi, dosent aşıq Samirə Əliyevanın, dosent Fikrət Manafovun, kafedra müdürü Məryəm Babayevanın dərslərində olublar. Onlar həmçinin Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artist Bəsti Sevdiyeva, Əməkdar artist Ruzə İbişovanın açıq dərslərində də olublar. Məktəbimizin şagirdlərindən Qurbanov Qurbanəli (5d), Namazova Əminə (7ç ) sinif şagirdləri xalq artistlərinin qarşısında çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi