Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş açıq mini futbol yarışı keçirildi.

Bakı şəhəri Nizami rayonu 328 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci il dönümünə həsr olunmuş açıq mini futbol yarışı keçirildi. Yarışda 328 nömrəli məktəbin komandaları ilə yanaşı Nizami rayonu 201 saylı tam orta məktəbin və Xətai rayonu 59 nömrəli məktəbin komandaları da aktiv şəkildə iştirak etdi. Yarışda müvafiq olaraq 1-ci yeri 328 nömrəli məktəbin "Cəsurlar" komandası, 2-ci yeri 328 nömrəli məktəbin "Mübariz" komandası, 3-cü yeri isə həmin məktəbin "Zəngəzur" komandası tutdular. 201 və 59 nömrəli məktəbin komandalarına yarışda iştirak üçün təşəkkür elan olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi