Şəhid anası və müharibə veteranı ilə görüş

Dünən məktəbin VIa sinfi "Xocalı-qan yaddaşımız" adlı ədəbi- bədii kompozisiya keçirib. Tədbir Xocalıda həlak olmuş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Şagirdlərin vətənpərvərlik hisslərinin artırılması məqsədilə məktəbə dəvət olunmuş 1992-ci ildə Kəlbəcər döyüşlərində şəhid olmuş Soltanov Səbuhi Sabir oğlunun anası Soltanova Səhərnaz xanım və Qarabağ döyuşlərinin iştirakçısı, müharibə veteranı Telman Sadıqov qonağımız olub. Şəhid anası Səhərnaz xanım tədbirin sonunda çıxış edərək deyib ki, övladı itirmək hər ana üçün ağır olsa da, vətən torpağının bir qarışının itirilməsi ondan da ağırdır. Mən inanıram ki, sizin kimi vətənpərvər övladlar şəhidlərimizin qanını yerdə qoymayacaq və Qarabağda müqəddəs bayrağımızı dalğalandıracaqlar.Daha sonra müharibə veteranı Telman Sadıqov öz döyuş xatirələrindən danışaraq, mübariz ordumuzun qəhrəman oğullarının cəbhə xəttindəki şücaətlərindən söhbət açıb. O, qeyd edib ki, bu gün bizim güclü ordumuz var və istənilən zaman döyüş əmri verilərsə, yaşından asılı oımayaraq yenə o döyüşlərdə iştirak etməyə hazırdır. Tədbirin sonunda məktəbin direktoru Asif Nəbiyev VIa sinfinin rəhbəri Nailə Heydərovaya və dəvətimizi qəbul edib şagirdlərin görüşünə gəldikləri üçün qonaqlara təşəkkürünü bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi