"Xocalı Faciəsi" ilə bağlı tədbirlər davam edir
Fevralın 23-də 329 nömrəli məktəbdə Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı VII a sinfi tədbir keçirmişdir. Tədbirdə şagirdlər Xocalı şəhərinin işğalını və orada törədilən cinayətləri təsvir edən səhnələr nümayiş etdirmişlər. Şagirdlərdən ibarət xor kollektivi "Qalx ayağa Azərbaycan" mahnısını ifa etdilər. Sinif rəhbəri Mahmudova Səbahət tədbiri yekunlaşdıraraq bu günün ağrı və acısının hər zaman ürəklərimizdə yaşadığını vurğulamışdır. Tədbirin sonunda məktəbin direktoru Asif Nəbiyev çıxış etmişdir. Bu gün Eyni zamanda VIII a sinfinin tarix dərsində "Xocalı- xalqımızın qan yaddaşı" mövzusunda xüsusi dərs keçirilmişdir. Dərsdə sinif rəhbəri Güldanə Ağayeva və tərbiyə işləri üzrə direktor müavini İlhamə Cəfərova iştirak etmişdir.