Xocalısız 25 il
Xocalı Faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar məktəbimizdə silsilə tədbirlər davam edir. Bu gün IB sinfində həmin gün anılmış, şagirdlər özlərinin hazırladıqları esseleri oxumuşlar. Yaşlarının az olmasına baxmayaraq xalqımıza, millətimizə yönəlmiş bu soyqırımı öz yazılarında dolğun təsvir etmiş, düşmənə nifrətlərinin daim olacağını vurğulamışlar. Xocalıda həlak olan körpələrin adlarını bir-bir çəkərək onları yad etmişlər. Daha sona şagirdlər şeirlər söyləmişlər. Tədbir “Qalx ayaga Azərbaycan” mahnısı ilə yekunlaşmışdır. Sonda isə məktəbin direktoru Asif Nəbiyev və sinif rəhbəri Əliyeva Şəhla sinif şagirdləri ilə xatirə şəkli çəkdirmişlər.