İnsan alveri ilə bağlı “ALDANMA” adlı tədbir keçirildi
Məktəbdə İnsan alveri ilə bağlı maarifləndirmə tədbirləri çərçivəsində 9c sinif şagirdlərinin hazırladğı “ALDANMA” adlı tədbir keçirildi. Tədbirdə şagirdlər insan alverinin qurbanlarından olan vətəndaşların və körpə uşaqların qarşılaşdığı bir neçə faciəvi situasiyaları əks etdirən səhnələr canlandırdılar. Tədbir məktəbin biologiya müəllimi Sevil İsayevanın rəhbərliyi və 9 c sinif rəhbəri Adilə Atakişiyevanın dəstəyi ilə təşkil olundu. Tədbirdə “Təmiz dünya” Qadınlara Yardım İctimai birliyinin sədri Mehriban Zeynalova, Hüquqşünas, vəkillər kollegiyasının üzvü Zamin Hüseynov, RESTV online televiziyasının, Respublika xəbərləri informasiya agentliyinin Təsisçi və Baş direktoru, İnsan alveri və istismarına qarşı maarifləndirmə ictimai birliyin sədri Vüsalə Həsənli iştirak etdi.